Autodesk Revit proqramının interfeysinin əsas parametrlərinin tənzimlənməsi.
· Modellərin növləri
· Başlanğıc ekran
· Sürətli giriş paneli
· Panellər
· Xüsusiyyətlər palitrası
· Qrafikin yenidən təyin olunması
· Görünüş və pəncərələrin idarə edilməsi
· Obyektlıərin seçilməsi
· Navigation panrli və ViewCube istifadə edilməsi
Bütün növ strukturların yaradılması və yerləşdirilməsi.
· Yeni layihənin yaradılması və konfiqurasiya edilməsi.
· Divar açılışları."Açılış"sistem ailələrindən istifadə edərək boş bir divardan dirəklərin yaradılması.
· Səviyyələr - layihə üçün yüksəklik işarələridir. Onların massivlərdə kopyalanması, tez bir zamanda mərtəbələr üçün istənilən sayda səviyyələrin yaradılması.
· Əsas Vitraj-çox çevik və maraqlı bir vasitədir. Vitray vasitəsilə pəncərələr, həm də digər strukturların kafel döşəməsi, havalandırma. fasadların, daşların döşənməsi və s. yaradılması.
· Oxlar-Oxların bir neçə princip üzrə yerləşdirilməsi: yaradılması, analoqun yaradılması, surətinin çıxarılması və massiv.
· Döşəmələrin yaradılması. Həm əsas, həm də yamaclı döşəmələrin (dəyişən qalınlığa malik olan təbəqələr) yaradılması.
· DWG faylı ilə əlaqə. Müxtəlif formatları Import edərək substratların yüklənməsi.
· Layihəyə uyğun döşəmələr. Döşəmələrin yaradılmasının praktiki tətbiqi. Tipik bir mərtəbə üçün döşəmələrin yaradılması və onların düzəlişlərlə kopyalanması.
· Substrat xətləri boyunca oxlar. Substratdan istifadə edərək oxların sürətli paylanmasının xüsusiyyətləri.
· Giriş qrupları. Pilləkən alətlərindən istifadə edərək addımlar və enişlər yaradaq, əsas məhəccərlərin quraşdırılması.
· Oxların və səviyyələrin yenidən işlənməsi. Gələcək binamızın şərti karkasını işlək vəziyyətə gətirilməsi.
· İkinci mərtəbə. Bənzər elementləri kopyalayaraq və redaktə edərək, tez bir zamanda əsas mərtəbələrdən ikinci mərtəbənin yaradılması.
· Divarların yaradılması. Layihədə divarların yaradılmasının bütün yollarını nəzərdən keçirək, optimal olanın seçilməsi.
· Redaktə alətləri.Çox vacib alətlər qrupu. Onlardan səmərəli istifadə etməyin yolları.
· Divarların yeri. Divarları hündürlük işarələri ilə əlaqələndirmək üçün yerləşdirilmiş divarların səviyyəyə uyğunlaşdırılması.
· Layihəyə uyğun olaraq arakəsmələr.Arakəsmələr və daxili özünü dəstəkləyən divarların yaradılması və onların mərtəbələrə düzgün birləşdirilməsi.
· Divar növlərinin yaradılması. Xüsusi divar növlərinin yaradılması, materiallar, qalınlıqlar, uclar və bağlamalarla işlənməsi.
· Qapıların daxil edilməsi. Yüklənmiş qapı ailələri və kontekst xüsusiyyətləri ilə işləmək.
· Divarlar 1-ci mərtəbə. Buferdə Xüsusi yapışdırmaqdan istifadə edərək divarların birinci mərtəbəyə yapışdırılması.
· Pəncərələrin daxil edilməsi. Nümunədə pəncərələrdən istifadə edilməsi.
Parametrik ailələrin yaradılması.
· Revit ailə redaktoru. Yüklənmiş Revit ailəsi üçün mühitin yaradılması və Redaktor interfeysinin bütün incəlikləri
· İstinad planı. Ailələrin yaradılması üçün ən vacib köməkçi elementlər və gələcək modelin karkasının qeyd edilməsi.
· Şablonlar. İş prossesini sürətləndirmək məqsədi ilə, əvvəlcədən konfiqurasiya edilmiş şablon sənədlərdə ailələrin yaradılması.
· Möhkəm modelləşdirmə. Fərqli formatları import etməklə substratların yüklənməsi.
· Pəncərə. I hissə. Mürəkkəb parametrik ailələrin modelləşdirilməsi.
· Pəncərə. II hissə. Parametrlərin yaradılması və materialların təyin edilməsi.
· Pəncərə III hissə. Pəncərə altlıqları (sillələri) və kənarlarının (ebb) qurulması və onların müxtəlif qalınlığa malik divarlar üçün hazırlanması.
· Pəncərə. IV hissə. Təfərrüat səviyyələri üçün sınaq və görünmə parametrləri.
· Pəncərə V hissə. Ailə üçün 3 müxtəlif pəncərənin mahiyyətcə birində sabit standart ölçülərlə yaradılması.
· Pəncərə. VI hissə. Layihəyə uyğun olaraq materialların və rənglərin dəyişdirilməsi.
· Layihəyə görə pəncərələr və divarlar. Pəncərələrin yerləşdirilməsi, divarların layihəyə uyğunlaşdırılması və dizaynın sürətli redaktə üsulları.
· Balkonun vitraj pəncərəsi. I hissə. Praktiki iş: Parametrik 3D ailələrin yaradılması prinsiplərinin birləşdirilməsi.
· Balkonun vitraj pəncərəsi. II hissə. Praktiki işin davamı: Layihəyə uyğun olaraq ailələrin yerləşdirilməsi.
Çertyojların dizaynı.
· Ölçü növləri. Ailələrin ölçülərini GOST və ya təşkilatınızın tələblərinə uyğunlaşdırılması.
· Ölçülərin yerləşdirilməsi. Ölçülərlə düzgün işləməyin və sürətli yerləşdirmə texnikasının yolları.
· Ölçülərin növləri. Bütün növ ölçülərin təhlili.
· Ölçülərin spesifikasiyası. Layihələrin ölçü strukturları, asılılıqları və ölçü ekvivalentləri.
· Yüksəklik nişanları. QOST-a uyğun olaraq yüksəlmə nişanlarının yaradılması və Plan Ailələri ilə işləmək.
· Səviyyə təyinatı. Səviyyə işarələrinin düzəldilməsi. Kompleks mürəkkəb (kompozit) ailələrin redaktə edilməsi.
· Maili səth (yamac) və Koordinat. Maili səthlərin (yamacların) və geodeziya koordinatlarının təyin edilməsi.
· Qapı markaları (işarələri). Qapı markalarının ailələrinin qurulması və marka növlərinin hərtərəfli dəyişdirilməsi.
· Pəncərə markaları (işarələri). Standart pəncərə markalarının yaratdığımız markalarla əvəz edilməsi.
· Ox markaları (işarələri). Ox təyinatındakı şriftlərin dəyişdirilməsi.
· Hatching (Ştrix) texturalar. Standart Hatching ilə işləmək və fərdi Hatching yaradılması.
· Revit-də bütün mətn redaktorunun işlənməsi, ölçülərin və şriftlərin tənzimlənməsi.
· Otaqların yerləşdirilməsi və silinməsi. Otaqların düzgün və tez yerləşdirilməsi, görünüşdən və layihədən silinməsi.
· Otaqların markaları. Otaqların markalarının (sahə, nömrə, təyinatı) tənzimlənməsi.
Bütün lazımi modellərin quraşdırılması.
· Planın fraqmentləri. Həndəsəni göstərmək üçün görünüş proyeksiyasının dərinliyinin qismən dəyişdirilməsi.
· Görünüşün görüntüsünün yenidən müəyyən edilməsi. Layihənin görünüşünün çox dərindən dəyişmək imkanı əldə etmək üçün, hər bir görünüşün görüntüsünün qrafik şəkildə tənzimlənməsi.
· Görünüş qrafiklərinin tənzimlənməsi. Hər bir görünüşün ayrı-ayrılıqda (eskiz, memarlıq, rəng sxemi, dizayn və s.) və tapşırığa uyğun üslübda tənzimlənməsi.
· Layihə qrafiklərinin tənzimlənməsi. Layihənin bütün növlərinin görünüşünə təsir edən qrafiklərin ümumi parametrlərinin tənzimlənməsi.
· Əlavə qrafik parametrlər vasitəsilə planlarda kölgələrin yaradılması, eskiz xətlərinin titrəməsinin və işıqlandırmanın parlaqlığının tənzimlənməsi.
· Annotasiyaların surətinin çıxarılması. Bir görünüşdə annotasiyaların yaradılması və onların bütün layihə üzrə surətinin paylanması.
· Vərəqin qurulması. Avtomatik doldurma ilə vərəqlərin, çərçivələrin və ştampların yaradılması.
· Görünüşün vərəqdə yerləşdirilməsi. Grid-dən istifadə edərək, layihənin dəqiq və səliqəli növlərinin bir vərəqdə birləşdirilməsi.
· Qapıların siyahısı. Sadədən mürəkkəbə doğru spesifikasiyaları.
· Cədvəl stilinin tənzimlənməsi. Cədvəlin vizual üslübünün damaların, şriftlərin, haşiyələrin, başlıqların ölçüsünün tənzimlənməsi.
· Pəncərələrin siyahısı. Pəncərələrin siyahısı nümunələrindən istifadə edərək sadədən mürəkkəbə doğru spesifikasiyaları.
· Materialların siyahısı. Materialların siyahısının yaradılması. Strukturların həcmı.
· Otaqların izahı. Mərtəbə planı nümunəsində spesifikasiyaların tənzimlənməsi.
· Otaqların rəng sxemi. Otaqların təyinatına uyğun sxemin yaradılması və listlərdə yerləşdirilməsi.
· Struktur düyünlər. Müstəvi həndəsədən istifadə edərək struktur düyünlərin detallaşdırılması.
· Çap. Bütün mümkün yollarla çap etməyin yolları.
· DWC kimi Export. Sənədlərin toplu formada ötürülməsinin mütərqqi yolu.
· Görünüşlərin və listlərin DWG (AutoCAD) formatına çevirməyin parametrləri və incəlikləri.
Keyfiyyətli vizual görüntülərin və təqdimatların yaradılması.
· Şəxsi materialların yaradılması. Vizuallaşdırma üçün keyfiyyətli materialların yaradılması. Texturaların istifadə olunması.
· Döşəmə hesablanması. Döşəmə materiallarının hesablanması.
· Ailə kitabxanası. Hazır ailələri haradan əldə etməyi, onları necə sınaqdan keçirib istifadə etməyin yolları.
· Divar açılışları (inkişafı).
· Divarların rənglənməsi. Konstruksiya səthinin kəsilməsi və rənglənməsi.
· Mənzilin üçölçülü planı. Mənzil planının nümunəsində 3D düyünlərin yaradılması.
· Eksteryer. Kamera və görünüşlər. Eksteryerin vizuallaşdırılması üçün modelin hazırlanması. Render.
· İnteryer. İşıqlandırmadan istifadə edərək interyerin vizuallaşdırması.
· Gəzinti. Revit animasiyanın yaradılması: trayektoriya, yol, kameralar.
· Şablonların istifadəsi, tənzimlənməsi və yaddaşa verilməsi.
· Layihə elementlərinin simvollarının yaradılması (pəncərə eskizləri, ölçüləri olan dekorasiya)
· Şablonun qurulması. Layihə faylı əsasında fərdi şablonun yaradılması: təmizləmə, standartlaşdırma, təyinat.
· Şablondan istifadə: avtomatlaşdırmanı yoxlama, dəqiqləşdirmə.
· Exteryer-in sonrakı emalı I hissə: Photoshopda vizuallaşdırmanın yekunlaşdırılması: fon, rəng balansı, filtrlər, maskalar.
· Exteryer-in sonrakı emalı II hissə: günəş effekti, avto korreksiya, şüşədə əks....
· Mürəkkəb (kompozit) divar. Bir neçə əsas divarı birləşdirməyə imkan verən alət.